Heydər Əliyev Sarayı “Tarixi səhnədə tarixi anlar” adlı layihəsini təqdim edib
”İNFONEWS” xəbər verir.
Heydər Əliyev Sarayı Ümummilli Liderin əziz xatirəsinə həsr olunmuş “Tarixi səhnədə tarixi anlar” adlı layihəsini təqdim edib.
Layihədə Xalq artistləri Fidan və Xuraman Qasımovalar, Ramiz Quliyev və Əməkdar artist Əyyub Quliyev iştirak ediblər. Onlar zamanında dahi şəxsiyyətlə olan tarixi anlardan danışıblar. Layihə Heydər Əliyev Sarayının sosial media hesablarında (“Facebook”, “Instagram”, “Telegram”, “YouTube”) paylaşılıb.