Tatarıstanda məktəbdə atışma nəticəsində 7 uşaq ölüb
”İNFONEWS” Azərtac’a istinadən xəbər verir.
Rusiya Milli Antiterror Komitəsinin (MAK) məlumatına görə, Kazan məktəbində atışma zamanı 7 uşaq həlak olub, 16 nəfər yaralanıb.
Tatarıstan Prezidenti Rüstəm Minnixanov jurnalistlərə açıqlamasında hadisə nəticəsində 4 oğlan və 3 qızın həlak olduğunu bildirib.
Rusiya MAK-ın məlumatına görə, hadisə bir nəfər tərəfindən törədilib. Rusiya Prezidenti Vladimir Putin həlak olanların ailələrinə başsağlığı verib. Mayın 12-i Tatarıstanda matəm günü elan olunub.