“Rusiya yaxın gələcəkdə Qarabağda nəqliyyat və iqtisadi əlaqələrin qurulması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətinin ilkin nəticələrini görəcəyini gözləyir”.
“INFONEWS” xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
“Üç ölkənin baş nazir müavinlərinin üçtərəfli qrupunun işini yüksək qiymətləndiririk. Qabağa qaçmayacağam və onlar üçün öncədən hər hansı bir qiymətləndirmə bildirməyəcəyəm, ancaq qrup çox məhsuldar işləyir. Yaxın gələcəkdə bu işin ilk nəticələrini alacağımıza inanmaq üçün bütün əsaslarımız var”,-deyə Lavrov qeyd edib.