Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib

Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına Kazanda baş verən silahlı insidentlə bağlı başsağlığı verib.

INFONEWS məlumat verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Kazanda məktəbdə baş vermiş silahlı insident nəticəsində matəm elan olunması ilə bağlı Rusiya Federasiyası Tatarıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Sariya Saburskayaya zəng edərək başsağlığı verib.

Telefon danışığı zamanı Ombudsman Səbinə Əliyeva hadisə nəticəsində həlak olan şagirdlərin və məktəb əməkdaşlarının ailələrinə səbir, yaralananlara isə şəfa dilədiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir