HƏMAS hərəkatının “İzzəddin al-Kassam briqadası” silahlı qanadı sahil anklavındakı yaşayış evlərinə raket zərbələrinə cavab olaraq, İsrailin Beer-Şeva şəhərinə tərəf 100 raket buraxıb.
Bu barədə “İNFONEWS” Fələstinin “Dunya Al Watan” informasiya portalına istinadən xəbər verir.
Bir qədər əvvəl İsrailin raket zərbəsi nəticəsində Qəzzanın mərkəzindəki əl-Cauhar yüksəkliyi tamamilə dağılıb. Zərbə zamanı yüksəklikdəki səkkizmərtəbəli binada heç kim olmayıb, çünki bundan əvvəl hamını tələm-tələsik evakuasiya ediblər, xəsarət alan yoxdur.