Qadına yanlışlıqla altı doza koronavirus vaksini vuruldu

Qadına yanlışlıqla altı doza koronavirus vaksini vuruldu

“İNFONEWS” xəbər verir.

İtaliyada qadına yanlışlıqla altı doza koronavirus peyvəndi vurulub.

Euronews.com məlumat verir ki, hadisə Toskana bölgəsində baş verib.

Bildirilir ki, “Pfizer-BioNTech” peyvəndi 23 yaşlı qadına vurulub.

Xəstəxananın mətbuat katibi Daniella Gianelli qadının 24 saat nəzarətdə saxlanıldığını deyib. Onun səhhətində hansısa bir dəyişiklik olmadığından evə buraxılıb.

Qeyd edilir ki, tibb işçisi peyvəndi 6 qramlıq şprisə doldurub və birdəfəyə qadına vurub, sonra isə gedib.

Faktla bağlı araşdırma başladılıb.

Həkimlər peyvənd edilən qadının immun sisteminin vəziyyətinə nəzarəti davam edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir