Baydenlə Netanyahu arasında telefon danışığı olub
ABŞ Prezidenti Co Bayden və İsrail Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.
“İNFONEWS” “Reuters”ə istinadən xəbər verir ki, Amerikalı lider İsrail-Fələstin münaqişəsinin tezliklə başa çatacağına ümidvar olduğunu bildirib.
“Ümid edirəm ki, bu bitəcək və daha yaxşı olardı ki, bu, gec yox, tez baş versin”, – Bayden deyib. Bununla yanaşı, o, yaranmış vəziyyətdə İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu bəyan edib.
Daha əvvəl BMT Təhlükəsizlik Şurası (TŞ) İsraillə Fələstin arasında münaqişənin kəskinləşməsi ilə bağlı birgə bəyanatın razılaşdırılmasına dair razılığa gələ bilməyib. Təcili iclas ölkələri ABŞ-ın mövqeyinə görə vahid nəticəyə gətirib çıxarmayıb.