Bakı Gənclər Mərkəzi – “Ramazan sovqatı”
Bakı Gənclər Mərkəzi kollektivi “Ramazan sovqatı” aksiyası çərçivəsində qazi və şəhid ailələrini ziyarət edib.
Bakı Gənclər Mərkəzindən “İNFONEWS”-a verilən məlumata görə tərəfindən Müqəddəs Ramazan ayı boyunca “Ramazan sovqatı” adlı aksiya həyata keçirilərək “44 günlük Vətən Müharibəsi” şəhidlərinin ailələri ziyarət edilmişdir.
Hər zaman şəhid və qazilərə, o cümlədən onların ailələrinə xüsusi diqqətilə seçilən Bakı Gənclər Mərkəzi, Ramazan ayında da onlarla birlikdə olaraq öz dəstəyini əsirgəmədi.
Şəhid ailələrinə Mərkəz tərəfindən dəstək məqsədilə istədikləri zaman Mərkəzin psixoloq xidmətlərindən yararlanmaq təklif olundu.
Ziyarət zamanı ailələrə iftar payları təqdim olunmuşdur.
Bakı Gənclər Mərkəzi bütün dünya müsəlmanlarının Ramazan bayramını təbrik edir, Allahdan tutulan orucların və edilən duaların qəbul edilməsini diləyir!