Kişineuda azərbaycanlıların da iştirak etdiyi bayram namazı qılınıb
“İNFONEWS” Azərtac’a istinadən xəbər verir.
Müqəddəs Ramazan bayramı ilə əlaqədar mayın 13-də Moldovanın paytaxtı Kişineu şəhərində yerləşən məsciddə bayram namazı qılınıb.
Bayram namazı Moldovada fəaliyyət göstərən müsəlman, o cümlədən Azərbaycan dini icmalarının rəhbərlərinin iştirakı ilə qılınıb.
Bayram namazında dualar oxunub, bütün dünyada müsəlman qardaşlarımızın sülh şəraitində yaşaması arzu edilib. Bayram namazından sonra iştirakçılara bayram süfrəsi açılıb.
Qeyd edək ki, Moldovoda 15 minə yaxın müsəlman yaşayır. Kişineuda 3 müsəlman mərkəzi fəaliyyət göstərir.