ÜST: Son sutka ərzində 12 mindən çox insan COVID-19-dan həyatını itirib

ÜST: Son sutka ərzində 12 mindən çox insan COVID-19-dan həyatını itirib

”İNFONEWS” xəbər verir.

Dünyada COVID-19-a yoluxanların sayı 161,51 milyonu ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

Məlumata görə, son sutka ərzində 677 mindən çox insan koronavirusa yoluxub. Virusdan ölüm hallarının 12 mindən çox olub.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda ÜST-ü ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir