Yaponiyanın Hokkaydo adası sahillərində 6,1 bal gücündə zəlzələ olub
”INFONEWS” Azərtac’a istinadən xəbər verir.
Mayın 16-da yerli vaxtla 12:24 dəqiqədə Yaponiyanın Hokkaydo adasının sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanların episentri Kuşiro şəhərindən 101 kilometr cənub-şərqdə, ocağı 60 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.