Yaponiya hökuməti peyvənd alınması üçün əlavə 4,7 milyard dollar vəsait ayırıb

Yaponiya hökuməti peyvənd alınması üçün əlavə 4,7 milyard dollar vəsait ayırıb

”İNFONEWS” Azərtac’a istinadən xəbər verir.

Yaponiya hökuməti koronavirusa qarşı peyvəndin alınması üçün ehtiyat fonddan əlavə 510 milyard yen (təqribən 4,7 milyard dollar) vəsaitin ayrılması barədə qərar qəbul edib.

Bu barədə qərar hökumət tərəfindən cümə günü qəbul edilib. Bildirilir ki, Nazirlər Kabineti 2021-ci il ərzində koronavirusa qarşı əcnəbi farmasevrik şirkətlərdən peyvəndin alınmasına ümumilikdə 5 trilyon yen və ya 46 milyard dollar vəsait ayırıb.

Qeyd edilir ki, Yaponiya hökuməti ABŞ-ın “Pfizer” şirkətindən əlavə peyvənd dozalarını sentyabrda tədarük etməyi planlaşdırır. Bununla yanaşı, ABŞ-ın “Moderna” və “Novavax” şirkətləri ilə gələn il üçün peyvənd tədarükü barədə danışıqlar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir