“Mançester Siti” yeni rekorda imza atıb

“Mançester Siti” yeni rekorda imza atıb

”İNFONEWS” xəbər verir.

Komanda buna İngiltərə Premyer Liqasının 36-cı turunda “Nyukasl”a 4:3 hesabı ilə qalib gəlməklə nail olub. Bununla da, Mançester təmsiçisi ölkə çempionatında səfər matçlarında ardıcıl 12-ci qələbəsini qazanıb. Bu isə turnir üçün yeni rekorddur.

Əvvəllər 2008-ci ildə “Çelsi” və 2017-ci ildə “Mançester Siti” səfər görüşlərində 11 oyunluq qələbə seriyasına sahib olub. Maraqlıdır ki, bu, yalnız Premyer Liqa üçün deyil (liqa 1992-ci ildə qurulub), həm də bütün ingilis futbolu üçün bir rekorddur. 1888-ci ildə Futbol Liqasının yaranmasından bəri ilk dörd bölgədə heç bir komanda belə bir nailiyyət əldə etməyib.

Qeyd edək ki, “Mançester Siti” bu mövsüm Premyer Liqada çempionluğu təmin edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir