Saatlı sakini narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğuna görə saxlanılıb
”İNFONEWS” Azərtac’a istinadən xəbər verir.
Saatlı sakini narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğuna görə polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Mircəlal kənd sakini Mirəli Kazımov saxlanılıb. Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 18 ədəd çətənə bitkisi aşkarlanıb.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.