Əlillər ödənişsiz mənzillərin və avtomobilləri necə əldə etməlidir?

Əlillər ödənişsiz mənzillərin və avtomobilləri necə əldə etməlidir?

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində möhtəşəm Zəfər əldə edən Azərbaycanda bu amal uğrunda şəhid olanların ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də geniş miqyas alıb.

Şəhid ailələrinə, müharibə əlillərinə (onlara bərabər tutulan şəxslər) və əlilliyi müəyyən edilmiş digər şəxslərə dövlət tərəfindən göstərilən xüsusi qayğı hər gün artmaqdadır. Xüsusilə bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

“İNFONEWS” bu dəfə əlillərə dövlət tərəfindən təqdim edilən ödənişsiz mənzillərin və avtomobillərin verilməsi şərtləri haqqında araşdırma aparıb.

  1. İndiyə qədər neçə şəxs sözügedən güzəştlərdən yararlanıb?

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində möhtəşəm Zəfər əldə edən Azərbaycanda bu amal uğrunda şəhid olanların ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də geniş miqyas alıb. Xüsusilə bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Belə ki, 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50% çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70%-ə qədər çox, yəni 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib.

Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev veriləcək. Həmin kateqoriyadan olan həm 2014-2019-cu illərdə uçota alınmış şəxslər, həm də 2020-ci ildə hərbi əməliyyatlarda (o cümlədən Vətən müharibəsində) şəhid olanların ailələri və müharibə əlilləri yaxın beş ildə mənzil və fərdi evlə təmin olunacaq.

2021-ci ilin planı üzrə 3 minədək mənzil və fərdi ev imtiyazlı şəxslərə veriləcək ki, bununla da bu proqram 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişlənəcək.

Prezident İlham Əliyevin tapşırığı ilə keçmiş köçkünlər üçün tikilmiş mənzillərin  də hazırda şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilməsi prosesi davam etdirilir.

Beləliklə, bu ilin planı üzrə artıq 330 mənzil, indiyədək isə 9530 mənzil və fərdi ev şəhid ailələrinə, müharibə əlillərinə, onlara bərabər tutulan vətəndaşlara (onların sırasında Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər də var) təqdim edilib.

  1. Sosial qayğıya ehtiyacı olan həmin şəxslər sözügedən güzəştlərdən yararlanmaq üçün hara və hansı formada (tələb olunan sənədlər göstərilməklə) müraciət etməlidir?

Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamının əhatə etdiyi imtiyazlı şəxslər qeydiyyatda olduğu rayon üzrə müvafiq yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün müraciət etməlidir.

Vətəndaşın müvafiq qaydada qeydiyyata alınması üçün lazım olan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti tərəfindən vətəndaşa təqdim olunur.

  1. Güzəştlərdən yararlanmaq üçün hansı şərtlər var?

Bildiririk ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və yaxud fərdi evlə təmin oluna bilər.

  1. Müraciətə hansı qaydada baxılır və hansı müddətdə müvafiq cavab verilir?

Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşların siyahısı yerli icra hakimiyyəti orqanlarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə daxil olduğu andan etibarən vətəndaşın mənzil və ya fərdi evlə təmin olunması məsələsinə baxılır. Proses yerli icra hakimiyyəti orqanının təqdim etdiyi siyahıya uyğun olaraq növbəlilik prinsipi əsasında həyata keçirilir.

  1. Hansı hallarda müraciətdən imtina edilə bilər?

Qanunvericiliyə uyğun olaraq vətəndaşın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac olmadıqda.

sosial.gov.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir