İNFONEWS xəbər verirki, “Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC şirkətləri İkinci Qarabağ Müharibəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna 100 000 manat məbləğində ianə köçürüblər.
Üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərimizdə, suveren və qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!