İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir
”İNFONEWS” xəbər verir.
Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə keçirdiyi kitabtoplama kampaniyasına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində olan Humanitar Kollec də qoşulub.
Milli Kitabxanadan bildirilib ki, Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd edərək, 1223 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışlayıb.