Bakı metrosunun “8 Noyabr” stansiyasından – Video

Sosial şəbəkələrdə Bakı Metropoliteninin yeni tikilən “8 Noyabr” stansiyasının görüntüləri yayılıb. Görüntülərdən stansiyanın platformasının təmir olunduğu, divarlardan işğaldan azad olunan rayonların fotoşəkillərinin asıldığı görünür. 

 İNFONEWS “Qafqazinfo”-ya  istinadən xəbər verir ki, həmin görüntülərin yeni inşa olunan stansiyaya aid olmasını “Qafqazinfo”ya Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da təsdiqləyib.

O bildirib ki, zahirən stansiyanın tam hazır olduğu görünsə də, əslində platformada işlər tam yekunlaşmayıb: “Orada həm son tamamlama, infrastrukturun qurulması, həm də sınaq işləri həyata keçirilir. Hələ tam hazırlıq vəziyyətinə gətirilməyib. Metro mürəkkəb infrastruktura malik müəssisədir, sərnişin sayı, təhlükəsizlik tələblərinə də cavab verməlidir. Hazırda işlər davam edir, stansiyanın nə vaxt açılacağı məlum deyil”.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası Zəfər Günü münasibətilə “8 Noyabr” adlandırılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir