Siyavuş Novruzovdan məhkəmələrə ittiham: “Ötür-ötür prosesidir”

Siyavuş Novruzovdan məhkəmələrə ittiham: “Ötür-ötür prosesidir”

Milli Məclisin iclasında deputat Siyavuş Novruzov məhkəmə hakimlərini tənqid edib.

“İNFONEWS” “oxu.az”a istinadən xəbər verir ki, S.Novruzov hakimlərin düzgün qərar çıxarmamasının problemlər yaratdığını deyib.

“Ötür-ötür prosesidir. Məhkəmə qərar çıxarır, ardınca bu qərarla apellyasiya məhkəmələrinə müraciət edilir. Daha sonra isə Ali Məhkəmə. Ali Məhkəmə isə nöqsanlar aşkarlayır və işi yenidən ibtidai istintaq üçün geri qaytarır”, – deyə S.Novruzov əlavə edib.

O qeyd edib ki, səhv hökm çıxaran hakimlərin maaşlarından tutulmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir