Ən böyük arzumuz Qarabağda kitabxanaların bərpası və dirçəldilməsidir

Ən böyük arzumuz Qarabağda kitabxanaların bərpası və dirçəldilməsidir

Arzu Məmmədova Ümumrusiya Kitabxanaları Konqresi çərçivəsində “Dünya kitabxanaları Assosiasiyası”nın (БАМ) təşkil etdiyi “Kitabxana 2030. Dünya dəyişib, bəs BİZ?” mövzusunda onlayn formatda keçirilən dəyirmi masada iştirak edib.

“İNFONEWS” xəbər verir ki, Azərbaycanda Kitabxana İşinin İnkişafı Assosiasiyasının (AKİİA) İdarə Heyətinin üzvü,  International Librarian Network (ILN) üzvü, Azərbyacan Dövlət İqtisad Universitetinin UNEC 24/7 Kitabxanasının müdiri, Kitabxanaçılıq məsələləri üzrə beynəlxalq ekspert Arzu Məmmədova 25 xarici ölkə kitabxana assosiaiyaları liderlərinin iştirak etdiyi Dəyirmi masaya “Azərbaycan kitabxanaları pandemiya dövründə. Qarabağ Kitabxanalarının dirçəlişi” məruzəsi ilə qatılıb.

A.Məmmədovva hesabat məruzəsində Azərbaycan kitabxanalarının əksəriyyətinin  pandemiya dövründə fədakarcasına çalışması, oxucu-istifadəçilərə müasir və innovativ xidmətlərin göstərilməsi, 44 günlük Vətən müharibəsindən sonra erməni işğalçıları tərəfindən Qarabağ kitabxanalarının tamamilə məhv edilməsi və bu kitabxanaların bərpası istiqamətində atılan addımlardan danışıb.

“Bu gün hər bir azərbaycanlı kitabxanaçının ən böyük arzusu Qarabağda kitabxanaların tezliklə dirçəldilməsi, fəaliyyətinin bərpasıdır” – bunu Arzu Məmmədova öz çıxışında söyləyib.

Arzu Məmmədovanın İFLA – Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyanın yeni seçilmiş prezidenti xanım Barbara Lizona dostluq çərçivəsində Qarabağ Kitabxanalarının bərpası işlərində dəstək olmasını və əməkdaşlıq etməsini təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir