Gürcüstanda koronavirusa daha 733 nəfər yoluxub

Gürcüstanda ötən sutka ərzində koronavirusa 733 yoluxma halı qeydə alınıb.

INFONEWS-un məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 337 573 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 20 nəfər ölüb, 1 530 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 4 622 nəfər, sağalanların sayı isə 318 599 nəfər təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir