Yapon animasiya filmi yerli prokatda 40 milyard yendən çox qazanc gətirib

Yapon animasiya filmi yerli prokatda 40 milyard yendən çox qazanc gətirib

”İNFONEWS” xəbər verir.

Yaponiyanın “İblislərin qənimi: “Sonsuz” qatar” tammetrajlı animasiya filmi yerli prokatda 40 milyard yendən çox (təxminən 367 milyon dollar) gəlir əldə edib.

“İblislərin qənimi: “Sonsuz” qatar” Yaponiya tarixində 40 milyard yenlik qazanc həddini aşan ilk animasiya filmidir. Bu ekran əsəri 2020-ci il dekabrın 28-də qazancına görə 31,7 milyard yenlik (291 milyon dollar) rekord gəlir əldə edən Hayao Miyadzakinin “Ruhların apardığı” animasiya filmini xeyli qabaqlayıb.

Qeyd edək ki, “İblislərin qənimi: “Sonsuz” qatar” filmi XX əsrin əvvəllərində ailəsini öldürən iblislərlə amansız mübarizə aparan gəncin həyatından bəhs edir. Onun sevimli bacısı da iblisə çevrilir, lakin oğlan bacısını xilas etməyə və onu yenidən insan cildinə qaytarmağa çalışır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir