“Sosial təminat: liberal və dirijist iqtisadi sistemlərdə” kitabı çap olunub
”İNFONEWS” xəbər verir.
İqtisadiyyat İnstitutunun Həyat səviyyəsinin sosial-iqtisadi problemləri şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayevanın “Sosial təminat: liberal və dirijist iqtisadi sistemlərdə” monoqrafiyası çap olunub.
Bu barədə İqtisadiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, monoqrafiyada sosial təminat sisteminin nəzəri əsasları və dövlət tənzimlənməsi istiqamətləri verilib. Liberal və dirijist sistemlərdə sosial təminat sistemləri ətraflı təhlil olunub. İlk dəfə olaraq Azərbaycanda sosial təminat sisteminin liberallığı-dirijistliyi səviyyəsi ölçülüb, sosial təminat sisteminin tənzimlənməsi istiqamətləri göstərilib.
Monoqrafiyanın elmi redaktorları AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Şahbaz Muradov və institutun elmi işlər üzrə direktor müavini, dosent Allahyar Muradovdur. Nəşrə iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev və iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov rəy verib.
Kitab elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.