Sloveniya Parlamentində Baş nazirin impiçment məsələsinə baxılacaq
“İNFONEWS” xəbər verir.
Sloveniya Parlamentində Baş nazir Yanez Yanşanın impiçment məsələsinə baxılacaq.
Parlamentdə bu barədə qərar cari həftənin gündəliyi müzakirə edilərkən qəbul edilib. Mərkəz-solçu müxalifət partiyalarının (sosial-demokratlar, “Maryan Şaretsin siyahısı”, solçular və keçmiş Baş nazir Alenka Bratuşekin partiyası (SAB) hələ həftələr öncə sağçı-mühafizəkar hökumət rəhbərinin vəzifəsindən kənarlaşdırılması üçün müraciəti ötən həftə parlament spikerinin səyləri nəticəsində baxılmamışdı. Gündəlikdə duran digər mühüm məsələlər ölkədə referendum üçün tarixin müəyyənləşdirilməsi və həmçinin parlament spikeri İqor Zorçiçin vəzifəsindən kənarlaşdırılması üçün müraciətə baxılması dayanır.
Müxalifət partiyaları Baş naziri koronavirus pandemiyasına qarşı mübarizəni düzgün təşkil etməməkdə günahlandırırlar. Eyni zamanda Baş nazir media azadlığının məhdudlaşdırılması və prokurorluq orqanlarının işinə müdaxilədə ittiham olunur.
Qeyd edək ki, indiyədək parlamentdə Yanez Yanşaya qarşı iki dəfə etimadsızlıq səsverməsi keçirilib. Y.Yanşa onların hər ikisində qalib gəlsə də, onun koalisiyalı hökumət artıq parlamentdə səs çoxluğuna malik deyil və növbəti səsvermənin nəticəsi hökumət rəhbəri üçün arzuolunmaz ola bilər.
(AZƏRTAC)