Türkiyədə koronavirus testindən keçənlərin sayı 53 milyona yaxınlaşır
”İNFONEWS” AZƏRTAC’a istinadən xəbər verir.
Türkiyədə indiyədək yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 52 milyon 817 min 437 nəfər testdən keçirilib. Bu göstərici ölkə əhalisinin təxminən üçdə ikisini təşkil edir. Gündəlik test sayı iki yüz min civarında dəyişir.
Mayın 25-də 223 min 104 nəfər testdən keçirilib. Onlardan 9 min 375 nəfərdə COVID-19 virusu aşkarlanıb, 693 nəfər xəstəxanalara yerləşdirilib. Son sutkada 175 nəfər bu xəstəlikdən ölüb, 11 min 192 nəfər sağalıb.
Yeni növ koronavirusdan dünyasını dəyişənlərin sayı 46 min 621 nəfərə çatıb. Hazırda 1667 nəfər reanimasiyadadır.