Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 251 nəfər dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 18 602 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 19 256 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 062 960 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 32 110 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 1 866 815 nəfər təşkil edir.