Bu gün “QEYD” İctimai Birliyinin təşkilatçılığı ilə “Respublika Günü” ilə bağlı onlayn formatda tədbir keçirilib. 

Bu gün “QEYD” İctimai Birliyinin təşkilatçılığı ilə “Respublika Günü” ilə bağlı onlayn formatda tədbir keçirilib. 

”İNFONEWS” xəbər verir.

“QEYD” İctimai Birliyinin Baş katibi Aysel Tahirova tədbirə giriş sözləri ilə Azərbaycan xalqının əzmkar xalq olduğunu, cəsur ordusunun olduğunu vurğulayıb. Azərbaycan gənclərinin vətənpərvər olduğunu dilə gətirib.

Daha sonra Milli Məclisin deputatı Müşfiq Cəfərov Ümummilli Heydər Əliyevin uğurlu siyasətindən danışıb. Davamçısı olaraq İlham Əliyevin uğurlu siyasətinidə vurğulayıb. Eyni zamanda Azərbaycan xalqının dünya arenasındakı inkişafından bəhs edib.

Daha sonra Milli Məclisin deputatı Vüqar İskəndərov isə son 2 gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklər aldığını nəzərə çatdırıb. Çin, Almaniya, Böyük Britaniya kimi ölkələrdən gələn təbrikləri müzakirə edib. Azərbaycan xalqının dostluğa önəm verən xalq olduğunu diqqətə çatdırıb.

“QEYD” İctimai Birliyinin sədri Tural Nurməmmədov çıxış edərək, Azərbaycanda keçirilən tədbirləri müzakirə edib. Ölkəmizdə Ali Baş Komandanın rəhbərliyi altında keçirilən çox saylı tədbirlərdən bəhs edib. Azərbaycan gəncliyinə ölkə rəhbərliyinin hər zaman diqqətində olduğunu vurğulayıb. Həmçinin Tural bəy bildirib ki, ”Mən fəxr edirəm ki, ölkəmizin potensiallı gəncləri var”.

Daha sonra isə Opera və Balet teatrının solisti Elşən Mübariz ”Azərbaycan” mahnısını ifa edib.

Daha sonra isə söz verilib “QEYD” İctimai Birliyində xüsusi günlərdə keçiriləcək olan tədbirlərin rəhbəri Lalə Şirinzadəyə.

O, bildirib ki, bu il Azərbaycan xalqı Respublika gününü ötən illərdən fərqli olaraq qeyd edir. Bir Azərbaycan gənci, bir Azərbaycan xanımı olaraq ölkədə gedən uğurlu siyasətden bəhs edib. Çıxışının sonunda “Azərbaycan əsgəri sənin cəsarətinin çatdığı yerə erməni əsgərinin xəyalları çatmadı” cümləsi ilə yekunlaşdırıb.

 

Son olaraq söz verilib “QEYD” İctimai Birliyinin fəal üzvləri: Elza Əliyeva, Fidan Qarayeva, Fərid Şərifov, Mirşahin Əlizadə, və Tofik Məmmədlərimova.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir