28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103 illik yubileyi münasibəti ilə YAP İmişli rayon təşkilatınında videoformatda tədbir keçirildi.
”INFONEWS” xəbər verir.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxış edərək bildirdi ki: Hörmətli siyasi həmfikrlilər dünyanın bütün xalqları kimi, Azərbaycan xalqının da dövlətçilik anlayışı, dövlətçilik təcrübəsi və ənənələri 100 illərlə təşəkkül və təkmilləşmə dövrünü yaşayıb. Uzun bir tarixi dövr ərzində xalqımız xarici təhlükələrə qarşı öz mövcudluğunu və identikliyini qoruyub saxlamaq, özünəməxsus mədəni keyfiyyətlərini hifz etməklə yanaşı, dünyanın fikir-ideya tarixinə və bəşəri dəyərlərin formalaşmasına da öz töhfələrini vermişdir.
28 may Azərbaycanın Respublika günüdür. 1918-ci ilin may ayının 28-də Azərbaycan özünü müstəqil bir dövlət kimi elan edib. Xüsusilə 28 may Azərbaycan tarixi üçün bu mənada xüsusi əhəmiyyət kəsb edir ki, Azərbaycanda Şərqdə ilk demokratik respublika quruluşu elan edilmişdir. Beləliklə də, 1918-ci ilin 28 mayından Azərbaycanın müasir tarixinə qızıl hərflərlə həkk olunmuş ənənələrin əsası qoyulub. Azərbaycan xeyli bir müddət bu demokratik ənənələrindən, müstəqillik dəyərlərindən məhrum olsa da 29 ilə yaxındır ki, yenidən öz müstəqilliyini bərpa edib. Ulu öndər H.Əliyev zamanında söyləmişdir ki, müstəqillik böyük nemətdir. Təbii ki, müstəqilliyin böyük nemət olması hər bir vətəndaşı vadar edir ki, o, öz müstəqilliyinin keşiyində dayana bilsin. 1918-ci ildə əldə olunan müstəqilliyimizi o zaman Azərbaycan özündən asılı olmayan səbəblər ucbatından qoruyub saxlaya bilmədi. Amma məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, dövlətimizin müstəqilliyi artıq 29 ildir ki, qorunub saxlanılır. Ulu öndərimiz H.Əliyevin də dediyi kimi müstəqilliyimiz əbədi və dönməzdir. Bu gün hər bir Azərbaycan vətəndaşı müstəqilliyin bəhrəsini görür. Dövlətimiz müstəqillik ideyaları üzərində möhkəmlənir və dünyanın siyasi xəritəsində artıq çox əhəmiyyətli və önəmli yer tutubdur. Bunların hamısı 1918-ci ildə qoyulmuş müstəqillik, azadlıq, suverenlik ənənələrinin indiki tariximizdə reallaşmasının bilavasitə nəticəsi və bəhrələridir. Müstəqilliymiz qorunur, bundan sonra da qorunacaqdır. Hər zaman birmənalı şəkildə vurğulayırıq ki, cənab Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi varisidir və onun həyata keçirdiyi siyasət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli siyasətimizin bilavasitə davamıdır. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçiləndə də, 2008-ci il də, 2013- cü ildə və 2018- ci ildə də seçilərkən təkrarən Azərbaycan xalqının göstərdiyi ehtimad əsasında Prezident mandatı qazananda da açıq şəkildə ulu öndər H.Əliyevin siyasətinin alternativsizliyini vurğulayaraq onun siyasətini davam etdiriləcəyini qeyd etmişdir. Bu ehtimad 44 günlük Ikinci Qarabağ müharibəsində də özünü biruzə verdi.Azərbaycan vətəndaşları cənab Prezidentin həyata keçirdiyi siyasətin ulu öndərin müəyyənləşdirdiyi siyasətin davamı olduğunu açıq şəkildə görürlər. Cənab İlham Əliyevin fəaliyyəti ulu öndər H.Əliyev siyasətinin həyata keçirilməsinin qarantı kimi də qavranılır. Ölkəmizin sürətli və dinamik inkişafı, həyatımızın bu dərəcədə dəyişməsi, Azərbaycanın simasının yeniləşməsi, bütün bunların hamısı ulu öndər H.Əliyev siyasətinin, digər tərəfdən isə, bu siyasətin məhz ölkə Prezidenti cənab İ.Əliyev tərəfindən davam etdirilməsinin bilavasitə nəticəsidir. Müstəqil Azərbaycan Respublikasının banisi, görkəmli dövlət xadimi H.Əliyevin milli tariximizdə misilsiz rol oynamış və müasir tarixi dövrdə demokratik inkişafı istiqaməti ilə irəliləyən Azərbaycan Respublikasının önəmli tarixi istinad məqamı olan ADR haqqında söylədiyi fikirlər bütün zamanlar üçün aktuallığını saxlayacaqdır: “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cumhuriyyətinin varisidir. Biz bu varislik prinsipini şərəflə, sədaqətlə yerinə yetiririk və yetirəcəyik”. Bu gün siyasi sabitliyin, dayanıqlı inkişafın mərkəzi olan Azərbaycan Respublikası – varisliyinin şərəfini bayrağından ideallarınadək qürurla daşıdığı Azərbaycan Xalq Cümhuriyyəti dövründə gerçəkləşdirilməsi mümkün olmayan ideya və məqsədləri əzmkarlıqla həyata keçirməkdədir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və mövcudluğu uğrunda mübarizə aparmış şəxsiyyətlərin ruhuna ən böyük ehtiram da məhz demokratik, hüquqi dövlət quruluşunun əsaslarını möhkəmləndirməkdən, insan inkişafına əsaslanan rifah dövləti yaratmaq uğrunda ardıcıl fəaliyyəti davam etdirməkdən ibarətdir.
Gənc partiya fəalı Lalə Şirinzadə şıxış edərək qeyd etdi ki, 1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası “İstiqlaliyyət Bəyannaməsi” ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.
Çıxış edən YAP Gənclər Birliyinin sədri Rüfət Muradov və GB-nin üzvü Səbinə Əsədova bildirdilər ki, Yüz iki il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən – Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il də milli bayram kimi qeyd edir.