İspaniya gimnastı aerobika gimnastikası üzrə dünya çempionu olub (FOTO)

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında fərdi proqramda kişilər arasında İspaniya gimnastı Migel Mane qalib gəlib.

INFONEWS-un məlumatına görə, gimnast 22.350 xal qazanıb.

Gümüş medalı Roman Semyonov (Rusiya, 22.200 xal), bürünc medalı isə Lukas Barboza (Braziliya, 22.150 xal) qazanıb.

Azərbaycanlı gimnast Vladimir Dolmatov 21.100 xalla yeddinci olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir