İNFONEWS “Adalet.az”-a istinadən
Türkiyə ilə Şərqi Ağdənizdə yaşanan gərginlikdən sonra yaxınlaşan İsrail və Yunanıstan müdafiə əməkdaşlığını da inkişaf etdirir. İsrailli konsorsium strateji dəyərə sahib olan hərbi texnika istehsalçısı “ELVO”nun ən böyük səhmdarı oldu.
İsrailin “SK Group” və “Plasan Sasa” adlı şirkətlərdən ibarət konsorsiumun Yunanıstan Texnika Sənayesi (ELVO) adlı şirkətin hissələrinin çoxusunu aldığı açıqlandı.
İlk hədəf İsrailin “Guarder və SandCat markalı hərbi zirehli maşınlarının AB və NATO üzvü olan Yunanıstanda istehsal edilməyə başlanmasıdır. Daha uzun müddətdə isə şirkətin Selanikdəki fabrikində yüngün silahların istehsal olunması planlaşdırılır.