Ukraynada “Avroviziya” klipi ilə bağlı qalmaqal yaranıb

Ukraynada “Avroviziya” klipi ilə bağlı qalmaqal yaranıb “İNFONEWS” xəbər verir. Ukraynanı “Avroviziya” mahnı yarışmasında təmsil edəcək…

Ukrayna parlamenti Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi

Ukrayna parlamenti Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi

“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.

Ukrayna dövləti, xüsusilə bu ölkənin parlamenti 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi.

Bu fikri Ukrayna Ali Radasının sədrinin birinci müavini Ruslan Stefançukla görüşündə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova söyləyib.

Göstərdikləri ədalətli dəstəyə görə Ukrayna parlamentinin rəhbərliyinə təşəkkürünü bildirən Elmira Axundova qeyd edib ki, Ruslan Stefançuk müharibənin ilk günündə beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq Azərbaycanın haqlı işini müdafiə edən bəyanat verib. Bu bəyanat Azərbaycanda rəğbətlə qarşılanıb.

Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun həmsədrləri Valeri Kolyux, Vladimir Kreydenko, qrupun üzvləri, həmçinin AŞPA-nın ukraynalı vitse-prezidenti Aleksandr Merejko 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldular, ölkəmizin haqq, ədalət mübarizəsini müdafiə etdilər.

– deyə səfir bildirib.

Səfir, həmçinin qeyd edib ki, artıq bir neçə ölkə Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası və yenidən qurulması işində iştirak niyyətlərini açıqlayıb.

“Ümid edirik ki, Ukrayna dövləti də bu işdə yaxından iştirak edəcək”, – deyə səfir vurğulayıb.

Azərbaycanın Ukraynanın strateji tərəfdaşı olduğunu xatırladan Ruslan Stefançuk öz növbəsində bildirib ki, iki ölkənin parlamentləri arasında da sıx, səmimi və dostluq münasibətləri mövcuddur. Bu münasibətlər getdikcə daha da inkişaf etdirilməlidir. Bu il ərzində qarşılıqlı səfərlərin həyata keçirilməsi olduqca önəmlidir. Ukrayna Prezidenti Vladimir Zelenskinin Ali Radada qanunvericilik məsələləri üzrə xüsusi nümayəndəsi olduğunu xatırladan Ruslan Stefançuk görüşdə səsləndirilən təklifləri Prezident Ofisinə təqdim edəcəyini söyləyib.

Ukrayna “Bayraqdar”dan harada istifadə edəcək?

İNFONEWS xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Aleksey Neijpapa jurnalistlərə açıqlamasında deyib: Cari…

Ukrayna 30 dekabrdan Kiyevdən Bakıya uçuşlarını bərpa edir

İNFONEWS “Trend”-ə istinadən məlumatlandırır ki, “Ukrayna Beynəlxalq Hava Yolları” Kiyevdən Bakıya uçuşları 30 dekabrdan etibarən bərpa…

Yeni virus Ukraynada da ortaya çıxdı

Ukraynada koronavirusun mutasiyaya uğramış yeni növü ortaya çıxıb.  İNFONEWS  xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər…