İNFONEWS xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Aleksey Neijpapa jurnalistlərə açıqlamasında deyib:
Cari ildə Türkiyədən alınması planlaşdırılan “Bayraqdar” zərbə pilotsuz uçuş aparatları Qara dəniz və Azov əməliyyat zonalarında vəziyyəti müşahidə altında saxlayacaqlar.
Onun sözlərinə görə, Ukrayna Hərbi Dəniz Qüvvələri, həmçinin Türkiyə istehsalı olan ADA korvetlərini də almağı nəzərdə tutur.