MDU-nun rektoru Şahin Bayramovun təbriki!

  Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim, inzibati-texniki heyət üzvləri! Əziz tələbələr, magistrantlar və məzunlar!   31…

MDU-nun Vətən müharibəsində iştirak edən əməkdaşları kimlərdir?

  30 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 44 günlük Vətən…

MDU-da növbəti nəzəri-praktiki seminar keçirilib

  28 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Tarixi qələbənin davamlı iqtisadi inkişafa potensial…

MDU-da “Gələcəyin müəllimi” təqaüdünə layiq görülən birinci kurs tələbələri ilə görüş keçirilib

28 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov  Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi”…

MDU-da “Karyera Mərkəzinin yaradılması və inkişafı” layihəsi çərçivəsində təlimlərə start verilib

26 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən maliyyələşdirilən…

 

Dekabrın 25-də Mingəçevir Dövlət Universitetinin (MDU) təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyinə həsr olunan birgə tədbir keçirilib. Tədbirdə hər iki universitetin rektorları, professor-müəllim heyəti, o cümlədən hər iki universitetin Elmi Şurasının üzləri və tələbələr iştirak ediblər.

MD-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə online formatda təşkil olunan tədbiri açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun rəşadəti sayəsində Vətən Müharibəsində əldə edilən möhtəşəm qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından və qanından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

Professor Mustafa Babanlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 fevral 2020-ci il tarixli müvafiq Sərəncamına əsasən ölkədə yüksəkixtisaslı peşəkar kadr potensialının formalaşdırılması sahəsində təqdirəlayiq xidmətlərini nəzərə alaraq ADNSU-nun 100 illiyinin respublika səviyyəsində qeyd olunmasını diqqətə çatdırıb, yubileyə həsr olunan birgə tədbirin təşkili təşəbbüsünə görə MDU rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. O, çıxış zamanı son dövrdə ADNSU-da elm, təhsil, beynəlxalq əməkdaşlıq və digər sahələrdə baş verən əhəmiyyətli keyfiyyət dəyişikliklərindən danışıb. Həmçinin qeyd edib ki, region universitetləri, o cümlədən MDU ilə qarşılıqlı faydalı əməkdaşlığa xüsusi diqqət yetirilir və bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində yeni-yeni addımlar atılır.

Sonra MDU-nun rektoru Şahin Bayramov 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər münasibətilə tədbir iştirakçılarını təbrik edib, qalib Ali Baş Komandanımızın və yenilməz Azərbaycan əsgərinin sayəsində 30 illik həsrətə son qoyularaq Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının hər birimizdə sonsuz sevinc və böyük fəxarət hissləri yaratdığını bildirib.

ADNSU-nun professor-müəllim, tələbə və məzun heyətini 100 illik yubiley münasibətilə ürəkdən təbrik edən Ş.Bayramov bu ali təhsil müəssisəsinin Azərbaycan cəmiyyətində oynadığı əhəmiyyətli roldan bəhs edib, bu təhsil ocağının Azərbaycan və dünyanın çoxsaylı ölkələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayan qocaman ali təhsil müəssisəsi olduğunu qeyd edib. Ölkə iqtisadiyyatının müxtəlif sahələrində çalışan, Azərbaycanımızın hərtərəfli inkişafına əhəmiyyətli töhfələr verən, sıralarında görkəmli alimləri və tanınmış dövlət xadimləri olan məzunlarının hər zaman öz peşəkarlıqları ilə seçildiyini bildirən Ş.Bayramov hazırda ADNSU-nun yeni keyfiyyət mərhələsində fəaliyyətini uğurla davam etdirdiyini vurğulayıb.

ADNSU-nun Qaz-neft mədən fakültəsinin dekanı, professor Qafar İsmayılov “Neft elmi və kadrlarının beşiyi olan universitet” mövzusunda çıxış edərək ADNSU-nun qabaqcıl ali təhsil müəssisəsinə çevrilməsi istiqamətində keçdiyi tarixi inkişaf yolu, ölkənin neft sənayesinin inkişafında universitetin hazırladığı kadrların rolu, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, səmərəli idarəetmənin təmin edilməsi istiqamətində reallaşdırılan struktur dəyişikliklərindən danışıb.

MDU-nun Mühəndislik fakültəsinin dekan əvəzi, dosent, ADNSU-nun məzunu Almaz Əliyeva “Regional ali təhsil müəssisələrinin inkişafında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunlarının rolu” mövzusunda çıxış edərək bu universitetdə aldığı ali təhsilin onun akademik karyerasının inkişafında rolu, regionda yerləşən ail təhsil müəssisələrində yüksək keyfiyyətli kadrların hazırlanmasında ADNSU ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Tədbir zamanı həmçinin, iki universitet arasında tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, birgə tədqiqatların aparılması, ortaq layihələrin icra edilməsi, MDU tələbələri və müəllimlərinə ADNSU-nun zəngin kitabxanasına çıxış imkanının verilməsi, MDU-nun gənc əməkdaşlarının ADNSU-da doktorantura səviyyəsində təhsil alması və digər istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə ilkin razılıq əldə olunub.

 

#MDU #ADNSU #MingəçevirDövlətUniversiteti #AzərbaycanDövlətNeftvəSənayeUniversiteti #100il #100illikyubiley

 

2020-ci ilin 24 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Görüşün qonağı 44 günlük Zəfər Yürüşünün iştirakçısı, “Vətən Müharibəsi Qəhramanı”, mayor Elnur Şirinov olub.

Əvvəlcə, MDU-nun əsas tədris korpusunda xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünün və universitetin şəhid məzunlarının xatirə guşəsinin qarşısına gül dəstələri düzülüb, Ulu Öndərin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

MDU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə “Microsoft Teams” platforması üzərindən online formatda “Tarixi Zəfər” mövzusunda keçirilən görüşün moderatoru MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində Vətən müharibəsində əldə olunan şanlı qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

Tədbirin tarixi zəfərin memarı, qalib xalqın qalib lideri kimi adı Azərbaycan tarixinə və qədirbilən xalqımızın yaddaşına əbədi yazılan Ali Baş Komandanımız cənab İlham Əliyevin doğum gününə həsr edildiyini diqqətə çatdıran rektor MDU-nun professor-müəllim, inzibati-texniki, tələbə və məzun heyəti adından ölkə başçısını təbrik edib.

Möhtərəm Prezidentimizin müvafiq fərman və sərəncamlarını diqqətə çatdıran Ş.Bayramov Vətən müharibəsində canından və qanından keçmiş şəhidlərmizin xatirəsinin uca tutulması, onların adlarının əbədiləşdirilməsi, cəsur əsgər və zabitlərimizin şücaətlərinin yüksək qiymətləndirilməsi və qəhrəmanlıqlarının təbliğ edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib.

MDU-nun “Peşəkarla görüş” layihəsinin bugünkü qonağı qismində “Vətən Müharibəsi Qəhramanı”, mayor Elnur Şirinovun iştirak etməsindən böyük məmnunluq və qürur hissi keçirdiyini bildirən rektor görüşün əsas məqsədinin mingəçevirli qəhrəman zabitimizin keçdiyi şərəfli döyüş yolu, göstərdiyi igidlik və vətənpərvərlik nümunəsi, hərbi peşəkarlığı və digər müsbət keyfiyyətləri barədə tələbə gəncləri məlumatlandırmaq, onların vətənə, xalqa və dövlətə bağlı, layiqli vətəndaş kimi yetişdirilməsi işinə töhfə vermək olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi igidlik və mərdliyə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülməsi münasibətilə E.Şirinovu ürəkdən təbrik edən Ş.Bayramov, dəvəti qəbul edib görüşdə iştirak etdiyi üçün ona təşəkkürünü bildirib.

Səmimi dialoq şəraitində keçən görüşdə E.Şirinov belə bir əlamətdar gündə MDU-nun tələbə, magistrant və professor-müəllim heyəti üzvlərinin iştirak etdiyi görüşə qatılmaqdan məmnunluğunu ifadə edib. Qalib Ordunun zabiti kimi sonsuz fəxarət hissi keçirdiyini qeyd edən mayor tarixi qələbənin əldə olunmasında Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, göstərdiyi güclü siyasi iradənin misilsiz rolundan və qəhrəman Azərbaycan Əsgərinin rəşadətindən bəhs edib.

Vətən Müharibəsinin otuz illik yurd həsrətinə son qoyulması ilə nəticələnməsindən yüksək qürur hissi duyduğunu bildirən E.Şirinov işğal altında olan torpaqlarımızın azad edilməsinin şəhidlərimizin və qazilərimizin böyük fədakarlığı və qəhrəmanlığı sayəsində mümkün olduğunu diqqətə çatdırıb.

Füzulidən başlayaraq Şuşanın azad olunmasınadək şərəfli döyüş yolu keçən E.Şirinov qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsində şəxsi heyətin, eləcə də həkimlərin göstərmiş olduğu qəhrəmanlıqdan bəhs edib. Ali Baş Komandanın yüksək sərkərdəlik məharətindən, onun cəsarətli çıxışlarından, xalqın mənəvi dəstəyindən, haqq-ədalətin tərəfimizdə olmasından və doğma Qarabağın səfalı təbiətindən ilham alaraq hər zaman yüksək vətənpərvərlik və mübarizlik ruhu ilə döyüşlərə qatıldığını bildirən mayor qələbəyə gedən yolda bu amillərin əhəmiyyətini xüsusi yvurğulayıb.

2020-ci ilin 10 dekabr tarixində keçirilən möhtəşəm Zəfər paradında iştirakı ilə bağlı təəssüratlarını bölüşən E.Şirinov müzəffər Azərbaycan Ordusunun qalib zabiti kimi torpaqlarımızın azad edilmısində böyük şücaət göstərmiş hərbiçilərimizlə bir sırada Azadlıq meydanında üzüağ, alnıaçıq və qürurla addımlaqdan keçirdiyi yüksək fəxarət hissindən danışıb.

Vətənpərvər olmaq üçün vətəni sevməyin və vəzifə borcunu layiqincə həyata keçirməyin gərəkli olduğunu vurğulayan qəhrəman zabitimiz bugünün tələbəsi və sabahın əsgərləri olacaq gənclərimizə peşəkar hərbçi olmağın başlıca şərtlərindən danışıb və onlara daim öz bilik və bacarıqlarını artırmağı tövsiyə edib.

Sonda, mayor E.Şirinov gənclərimizdə yüksək mənəvi keyfiyyətlər və peşəkarlıq bacarıqları aşılayan belə bir layihənin həyata keçirilməsinə görə MDU rəhbərliyinə təşəkkürünü bildirib.

#PeşəkarlaGörüş4 #VətənMüharibəsiQəhramanı

Qalib xalqın qalib lideri

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursuna və dövlətçilik ideyalarına sadiq olan Prezident İlham Əliyev son…

Amerikalı mütəxəssis Mingəçevir Dövlət Universitetində tədris prosesinə cəlb olunub

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən…