Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün seminar təşkil olunub

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün seminar təşkil olunub “İNFONEWS” xəbər verir. Heydər…

Ukrayna parlamenti Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi

Ukrayna parlamenti Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi

“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.

Ukrayna dövləti, xüsusilə bu ölkənin parlamenti 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi.

Bu fikri Ukrayna Ali Radasının sədrinin birinci müavini Ruslan Stefançukla görüşündə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova söyləyib.

Göstərdikləri ədalətli dəstəyə görə Ukrayna parlamentinin rəhbərliyinə təşəkkürünü bildirən Elmira Axundova qeyd edib ki, Ruslan Stefançuk müharibənin ilk günündə beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq Azərbaycanın haqlı işini müdafiə edən bəyanat verib. Bu bəyanat Azərbaycanda rəğbətlə qarşılanıb.

Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun həmsədrləri Valeri Kolyux, Vladimir Kreydenko, qrupun üzvləri, həmçinin AŞPA-nın ukraynalı vitse-prezidenti Aleksandr Merejko 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldular, ölkəmizin haqq, ədalət mübarizəsini müdafiə etdilər.

– deyə səfir bildirib.

Səfir, həmçinin qeyd edib ki, artıq bir neçə ölkə Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası və yenidən qurulması işində iştirak niyyətlərini açıqlayıb.

“Ümid edirik ki, Ukrayna dövləti də bu işdə yaxından iştirak edəcək”, – deyə səfir vurğulayıb.

Azərbaycanın Ukraynanın strateji tərəfdaşı olduğunu xatırladan Ruslan Stefançuk öz növbəsində bildirib ki, iki ölkənin parlamentləri arasında da sıx, səmimi və dostluq münasibətləri mövcuddur. Bu münasibətlər getdikcə daha da inkişaf etdirilməlidir. Bu il ərzində qarşılıqlı səfərlərin həyata keçirilməsi olduqca önəmlidir. Ukrayna Prezidenti Vladimir Zelenskinin Ali Radada qanunvericilik məsələləri üzrə xüsusi nümayəndəsi olduğunu xatırladan Ruslan Stefançuk görüşdə səsləndirilən təklifləri Prezident Ofisinə təqdim edəcəyini söyləyib.

Sinoptiklər küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər

Sinoptiklər küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər “İNFONEWS” istinadən xəbər verir. Sinoptiklər ölkə ərazisində gözlənilən…

Dəniz quldurlarının girov götürdüyü 15 türk dənizçi xilas edildi

Dəniz quldurlarının girov götürdüyü 15 türk dənizçi xilas edildi “İNFONEWS” “Trend” -ə istinadən xəbər verir. Nigeriya…

Həkimlər Trampı süni tənəffüs aparatına qoşmaq istəyiblər

Həkimlər Trampa süni tənəffüs aparatı qoşmaq istəyib “İNFONEWS” xəbər verir. ABŞ-ın keçmiş prezidenti Donald Tramp koronavirusa…

MDU-da dünya şöhrətli alim Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş elmi-nəzəri seminar keçirilib

2021-ci ilin 11 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının…

Rusiyada gülünc oğurluq cəhdi: Oğru pəncərə nəfəsliyində ilişib qaldı

Rusiyada gülünc oğurluq cəhdi: Oğru pəncərə nəfəsliyində ilişib qaldı “İNFONEWS” xəbər verir. Rusiyanın Maqadan şəhərində son illərin ən…

Türkiyədə öldürücü “pişik koronavirusu” yayıldı

Türkiyədə öldürücü “pişik koronavirusu” yayıldı “İNFONEWS” xəbər verir. Türkiyədə insana keçməyən, yoluxucu “pişik koronavirusu” kimi tanınan…

Mikayıl Cabbarov: “Biznes mühiti daha da yaxşılaşdırılacaq”

Mikayıl Cabbarov: “Biznes mühiti daha da yaxşılaşdırılacaq” “İNFONEWS” xəbər verir. Azərbaycanda uzunmüddətli dövrdə dayanıqlı iqtisadi artıma…

4200-dən çox namizəd məktəb direktoru olmaq üçün müraciət edib

4200-dən çox namizəd məktəb direktoru olmaq üçün müraciət edib “İNFONEWS” xəbər verir. Fevralın 10-dan start verilən…