Milli Hidrometeorologiya Xidməti Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.
“INFONEWS”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 05-i axşamdan 06-sı səhərədək Bakıda və Abşeron yarımadasında qısa müddətə şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında isə iyunun 05-i axşamdan 07-si səhərədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.