Britaniya azərbaycanlıları Kəlbəcərdə jurnalistlərin minaya düşməsi ilə bağlı bəyanat yayıblar

Britaniya azərbaycanlıları Kəlbəcərdə jurnalistlərin minaya düşməsi ilə bağlı bəyanat yayıblar

”İNFONEWS” xəbər verir.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Britaniya Azərbaycanlıları Assosiasiyasının üzvləri Kəlbəcərdə mina partlayışı nəticəsində ikisi jurnalist olmaqla, 3 nəfərin ölməsi ilə əlaqədar Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun üzvlərinə, Avropa Şurasının müxtəlif ölkələrdəki nümayəndəliklərinə, BMT-nin İnsan Hüquqları Şurası və İnsan Hüquqları üzrə Ali Komissarlığına, Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova, Vüqar Axundov və təşkilat üzvləri adından isə “HALO Trust”, “Human Rights Watch” təşkilatlarına, Avropa Parlamentinin Birləşmiş Krallıqdakı Əlaqələndirici Ofisinə bəyanat ünvanlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir