Zəruri qayda və tələbləri pozan sahibkarlıq subyektləri cərimələnib
”INFONEWS” xəbər verir.
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, monitorinqlər zamanı Binəqədi rayonunda Vasif Hüseynova məxsus ərzaq mağazasında, Qara Qarayevə məxsus “Avtomobil təmir xidməti”ndə, Nərimanov rayonunda “Ağ çiçəyim gül dükanı”nda, Nizami rayonunda “Brand 313 mobile” ticarət obyektində, Sabunçu rayonunda Şəhla Əkbərovaya məxsus istixana kombinatında, Səbail rayonunda Əhəd Cəbrayılova məxsus “Hədiyyələr studiyası”nda, Xətai rayonunda Ruslan Əhmədova məxsus ərzaq mağazasında, Yasamal rayonunda Emil İbadova məxsus pərakəndə ticarət obyektində, Nəsimi rayonunda “Oba market”də, Gəncə şəhərində “Favori” mağazasında, “Sevimli dad mağazası”nda, “Moda kids geyim mağazası”nda, Sumqayıt şəhərində “Sumqayıt şəhəri Elmar market”də, “Samsung mobile”da, “Əli-94 market”də, ümumilikdə 21 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.