Müdafiə Nazirliyi Laçın rayonunun Kamallı kəndinin videogörüntülərini paylaşıb
”İNFONEWS” xəbər verir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Laçın rayonunun Kamallı kəndinin videogörüntülərini paylaşıb.
Kamallı kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında imzalanan üçtərəfli Bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də azad olunub.