HƏM MÜSƏLMAN, HƏM YƏHUDİ, HƏM DƏ KATOLİK İDİM. YƏNİ İNSANIYDIM!
“İNFONEWS” xəbər verir ki, #SıraSəndə layihəsi oxucu-izləyicilərinə “Serenada” (“Serenad”) kitabını təqdim edir.
Əsərin müəllifi: Zülfü Livaneli
Qeyd edək ki, kitab 2016-cı ildə nəşr edilib. 2020-ci ildən Amerikada “Serenade for Nadia” adı ilə çapdan çıxıb.
Əsərdə İkinci Dünya Müharibəsi zamanı yəhudi soyqırımından qaçmaq istəyən sevgililərin hekayəsi illər sonra İstanbula gəlişi ilə “Struma gəmisi”ni yenidən gündəmə gətirən professor Maksimilian Vaqnerin dilindən danışılır.
Sizlərə mütaliə boyu nəfəsinin kəsilməyini, ürək döyüntülərinin sürətinin kəskin artmasını və sonda isə donub qalmaq hisslərini yaşayan biri kimi möhtəşəm bir əsəri tövsiyə edirəm.
“Serenada” kitabından seçmələr:
· Adil olanın ardınca gedilməsi doğrudur, amma güclünün ardınca gedilməsi qaçılmazdır. Gücü olmayan ədalət aciz, ədaləti olmayan güc isə zalımdır.
· Həm müsəlman, həm yəhudi, həm də katolik idim. Yəni İnsanıydım.
· Bu dünyada sənə pislik etmək istəyən insanlarala rastlaşacaqsan, amma unutma ki, yaxşılıq etmək istəyənlər də qarşına çıxacaqdır. Bir insanın qəlbi qaranlıq, birininki isə işıqlıdır.
· Hamının yaxşı olduğunu düşünüb sonradan peşman olma!
· Haqlı olanı güclü saymadığımız üçün güclü olanı haqlı bildik.
· Səndən oğurlana bilən bilik, sənin biliyinin olması sayılmaz.
· Fərqli düşünmək əksər hallarda düşmən kimi hesab edilməyinin səbəbi olurdu.
· “Yanımda olmağını istəyirəm” sözünü deyə bilmədim, əvəzində “bu yağışın içimi islatdığını” dedim, bunu o necə anlamasın?!
Hazırladı: Aslan Əzimzadə, UNEC
#SıraSəndə
@uneclibrary