“İNFONEWS” xəbər verir ki, #SıraSəndə layihəsi oxucu-izləyicilərinə “Dördüncü Sənaye İnqilabı” (“The Fourth Industrial Revolution”) əsərini təqdim edir.
Əsərin müəllifi: Klaus Şvab (Klaus Schwab)
Bildiyimiz kimi dünyamız hazırda bizi hər gün təəccübləndirən və mürəkkəb texnologiyanın sürətlə inkişaf etdiyi, süni intellektin həyatımıza daxil olduğu bir dövrü yaşayır. Dördüncü sənaye inqilabı istər ölkələrə, istər müəssisələrə, eləcə də insanlara öz təsirini göstərməyə başlayıb. Artıq ənənəvi döyüş meydanları kiber müharibələrlə əvəz edilib. İnsanların sosial şəbəkədə olan fikirləri belə cəmiyyətin yönləndirilməsinə öz təsirini göstərir. Əsəri oxuduqca, ali təhsil müəssisələri, həmçinin orta məktəblər də daxil olmaqla müasir dövrün tələblərinə cavab verən ixtisaslara uyğun dərs proqramlarının hazırlanması və gənclərin yeni rəqabət mühitinə hərtərəfli hazırlanmasının zəruriliyi haqqında fikirlərində əminliyim atrdı.
“Dördüncü Sənaye İnqilabı” kitabından seçmələr:
- Akademik qurumlar, çox vaxt mütərəqqi fikirlərin arxasınca gedilən ən önəmli yerlərdən biri kimi qəbul edilirlər. Ancaq yeni sübutlar göstərir ki, universitetlərdəki karyera təşviqləri və fondları hazırda cəsur və innovativ proqramların əvəzinə mərhələli və mühafizəkar araşdırmaları seçirlər.
- …oyunçular arasında hər hansı bir münaqişənin fiziki dünyada yerləşib-yerləşməməsindən asılı olmayaraq, böyük ehtimalla bir kiber aspekti olacağını rahat şəkildə iddia etmək olar. Çünki heç bir müasir rəqib, düşmənin sensorlarını, rabitəsini və qərar qəbuletmə imkanlarını pozmaq, qarışdırmaq və ya dağıtmaq istəyinə qalib gələ bilməyəcəkdir.
- Əgər üç ən böyük məşhur sosial media saytını bir ölkə kimi təsəvvür etsək, görərik ki, onlar Çindən 1 milyard daha çox əhaliyə sahibdirlər.
Buraxılışı hazırladı: Qurban Qurbanzadə, MDU
#SıraSəndə
@uneclibrary