Bu gün “QEYD” Birliyinin təşkilatçılığı ilə ” Qurtuluş Günü” mövzusunda onlayn formatda tədbir keçirilib.
“İNFONEWS” xəbər verir.
“QEYD” İctimai Birliyinin xüsusi günlərdə keçiriləcən layihə və tədbirlərinin rəhbəri Lalə Şirinzadə tədbirə giriş edib.
Söz verilib Azərbaycan Respublikası Milli Məclisinin deputatı Pərvin Kərimzadəyə.
Pərvin Kərimzadə vurğulayıb ki, bu il Qurtuluş günü fərqli qeyd olunur. Konstitusiya aktı haqqında məlumat verib. Eyni zamanda Azərbaycan gənclərinin əzmindən bəhs edib. Son olaraq Azərbaycan xalqını təbrik edib.
Daha sonra söz verilib Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavid Osmanova. Cavid Osmanov öz növbəsində 1993- cü il hadisələrindən bəhs edib. Rayonların işğalı haqqında danışıb. Azərbaycan dövlətçiliyi haqqında geniş məlumat verib.
Söz verilib Tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA Qafqazşunaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri Elnur Kəlbizadəyə.
Elnur Kəlbizadə 1993-cü il 15 iyun’da baş verən hadisələrə toxunub. Azərbaycan idealoqiyası haqqında danışıb. Heydər Əliyevin siyasətinin davamçısı İlham Əliyevin olduğunu dilə gətirib.
“QEYD” İctimai Birliyinin Baş katibi Aysel Tahirova Ali Baş Komandanın apardığı uğurlu siyasətdən bəhs edib. Ölkədə uğurlu siyasətin olduğunu vurğulayıb. Sonda isə Azərbaycan xalqını təbrik edib.
Daha sonra söz verilib Bakı Avrasiya kollecinin direktor müavini Kamil Məhəmmədliyə.
Bu günün əlamətdar gün olduğunu vurğulayıb. İlham Əliyevin uğurlu siyasəti nəticəsində 30 il işğalda olan torpaqlar 44 günə azad olunduğunu bildirib.
Söz verilib “QEYD” İctimai Birliyinin fəal gənclərinə.
Aynur Abışova bu ilin fərqindən bəhs edib. Biz artıq azad ölkənin azad vətəndaşlarıyıq deyib.
Nicat Ələkbərov öz növbəsində Ulu Öndərin siyasətindən bəhs edib. Bu gün bizim üçün ədalətli gün olduğunu vurğulayıb.
Daha sonra çıxış edib Şakir Abdullayev.
Şakir Abdullayev vurğulayıb ki, güclu lider İlham Əliyevin uğurlu siyasəti nəticəsində modernləşən AzərbAzərbaycan dünya arenasında tanınır.
Nərgiz Mütəllimova isə Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.Sonda isə bütün tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edib