Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 3942 yeni yoluxma faktı qeydə alınıb, 2265 nəfər sağalaraq evə buraxılıb.
“İNFONEWS” xəbər verir ki, analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib.
Qeyd edək ki, indiyədək ölkəmizdə ümumilikdə 129 544 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 79 162 nəfər müalicə olunaraq sağalıb, 1 470 nəfər vəfat edib, aktiv xəstə sayı 50 382 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 411, bu günə qədər isə ümumilikdə 1 763 609 test nümunəsi götürülüb.