DİN vətəndaşları xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırır

Daxili İşlər Nazirliyi vətəndaşları xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “İNFONEWS”a verilən məlumata görə, xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.
Dekabrın 1-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızın ayrı-ayrı şəhər və rayonlarında, eləcə də Bakıda 26 aktiv “COVID-19” xəstəsi müəyyən olunaraq saxlanılıb. Onlar əsasən, əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə aşkarlanıblar. Görülən tədbirlərlə müəyyən olunan xəstələrdən 24 nəfəri evə qaytarılıb, 2 nəfər xəstəxanaya yerləşdirilib, 18 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.
Bir daha vətəndaşlarımdan xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etmək xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir