Vilayət Eyvazov Hacı Mazanın oğluna yeni VƏZİFƏ VERDİ
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə yeni rəis təyin olunub.
“İNFONEWS” “unikal.org”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Bayram Zeynalov təyinat alıb. O, bu təyinatadək BDYPİ-nin Yol Hərəkətinin Təşkili şöbəsinin inspektoru vəzifəsində çalışıb.
Qeyd edək ki, B.Zeynalov Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun oğludur.