Qadını videosunu yaymaqla hədələyib pul istəyən kişi tutuldu
Bakıda qadını şantaj edən şəxs tutulub.
Bu barədə “İNFONEWS”-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinə müraciət edən 32 yaşlı bir qadın cari ilin mart-aprel aylarında tanışının onun videogörüntülərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 8700 manat pul tələb etdiyini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Abdullayev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
şəkil: baku.ws