Müəllim işləmək istəyənlərin nəzərinə
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) yanında Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) vakant vəzifələrə qəbul elan edib.
“İNFONEWS” xəbər verir ki, Akademiyanın 4 kafedrası üzrə müəllimlər işə qəbul edilir.
Vakansiyalar əsasən aşağıdakı bölmələr üzrədir:
“Gəmiqayırma və gəmi təmiri kafedrası” üzrə “Gəmi nəzəriyyəsi”, “Gəminin quruluşu və nəzəriyyəsi” (azərbaycan və ingilis dillərində) – 0,5 ştat, baş müəllim
“Gəmi energetik qurğuları kafedrası” üzrə “Hidromexanika” (ingilis dilində) – əvəzçilik və yaxud saathesabı, dosent və yaxud professor
“Dəniz naviqasiyası” kafedrası üzrə “Naviqasiya” (ingilis dilində), “Gəmi sürücülüyünün naviqasiya təminatı” (ingilis dilində), “Dənizçilik astronomiyası” (ingilis dilində), “Beynəlxalq konvensiyalar” (ingilis dilində), “Fəlakət zamanı qlobal dəniz rabitə sistemi” (ingilis dilində) – saathesabı baş müəllim
“Humanitar fənlər” kafedrası üzrə “Fəlsəfə” (ingilis dilində) – saathesabı dosent və yaxud professor, “Rus dili” – saathesabı dosent və yaxud professor
İşə qəbul zamanı beynəlxalq xülasələndirmə və indeksləşmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə dərc olunmuş məqalələri çap edilən namizədlərə üstünlük veriləcək. Arzu edənlər bu elan dərc ediləndən 30 gün müddətində rektorun adına yazılmış ərizə ilə birlikdə tələb olunan sənədləri ADDA-nın əsas binasına təqdim etməlidirlər. Sənədlərin siyahısı bunlardır:
– Şəxsiyyət vəsiqəsinin surəti;
– Kadrlar uçotunun şəxsi vərəqəsi;
– Tərcümeyi-hal;
– Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
– Elmi və elmi-metodiki işlərin siyahısı.
ADDA-nın əsas binası Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 18 ünvanında (metronun “Sahil” stansiyasının yaxınlığında) yerləşir. Suallar yarandıqda (012) 404 37 00 (daxili: 3239) nömrəsi ilə əlaqə saxlamaq olar.