Bilgəh çimərliyindəki iyrəncliklə bağlı Nazirlikdən açıqlama
Bilgəh çimərliyinə çirkab suyun axıdılması ilə bağlı daxil olan şikayət əsasında Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən monitorinq keçirilib.
“İNFONEWS”-un məlumatına görə İdarənin rəisi Nazim Mahmudov BAKU.WS-ə bildirib ki, sözügedən çimərliyə axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb.
Laborator təhlillərin nəticəsinə görə suyun tərkibindəki kimyəvi göstəricilərin norma daxilində olduğu müəyyən edilib:
“Aparılan analizlərin nəticələri və əraziyə keçirilən vizual baxış onu deməyə əsas verir ki, Bilgəh çimərliyinə axıdılan su kanalizasiya suyu deyil, yeraltı qrunt suyudur”.