Kitabxana fəal oxucuları, istedadları üzə çıxarmaqda davam edir

Kitabxana fəal oxucuları, istedadları üzə çıxarmaqda davam edir

“İNFONEWS” xəbər verir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası fəal oxucuları, istedadları üzə çıxarmaqda davam edir.

Kitabxanadan  bildirilib ki, gənc yazar, qiraətçi Aysu Türkel şəhid Vidadi Xəlilova həsr olunmuş hekayəsini kitabxanaya təqdim edib. Hekayə kitabxananın oxucuları və sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstəriblər.

Vətən naminə canından keçən şəhid Vidadi Xəlilova həsr olunmuş tam mətnlə kitabxananın sosial media hesablarında tanış olmaq olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir