23 iyun 2021-ci il tarixdə YAP İmişli rayon təşkilatında Pandemiya qaydalarına əməl edilməklə İdarə heyətinin iclası keçirildi
“İNFONEWS” xəbər verir.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev iclasın gündəliyində duran məsələ ilə əlaqədar iclas iştirakçılarına geniş və ətraflı məruzə ilə çıxış etdi. İclas sədri çıxışında bildirdi ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələyə keçiddir.“44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu ki, müharibənin ilk günlərindən qardaş ölkə Türkiyə Azərbaycandan dəstəyini əsirgəmədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı şəkildə bəyan etdi ki, bu müharibədə Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu dəstək bizi daha güclü etdi və Qarabağ Zəfərimizdə mühüm rol oynadı.”
Səfa Ağayev bildirdi ki, Şuşa Bəyannaməsi bir çox aspektdən xüsusi əhəmiyyət daşıyır: “Bildiyiniz kimi, Prezident İlham Əliyev eləcə də, Türkiyə Prezidenti bu Bəyannamənin əhəmiyyəti ilə bağlı fikirlərini söylədi. Mən deyərdim ki, bu Bəyannamə Qars müqaviləsi qədər əhəmiyyətli bir sənəddir. Burada bir çox məsələlər öz əskini tapıb. Xüsusilə də hərbi sahədə iki ölkədən birinin təcavüzə məruz qaldığı halda tərəflərin bir-birinə dəstək göstərməsi, Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsi kimi bir çox mühüm məsələlər var.”
Səfa Ağayev qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri uzun illərdir inkişaf edir: “Ancaq bu mərhələ yeni bir mərhələdir. İki ölkə bir-birinə daha da yaxınlaşdı və bu Bəyannamənin imzalanması bir çox platformalarda iki ölkənin əməkdaşlığına ciddi töhfəsini verəcək. Türkiyə hər zaman Azərbaycanın yanında olub və Azərbaycan da hər zaman Türkiyənin yanında olacaq.” Burada Ermənistan tərəfinə çox ciddi mesajlar var: “Ermənistan tərəfi anlamalıdır ki, regionda yeni vəziyyət yaranıb və revanşist bəyanatlara, təxribatlara son qoymalıdır. Ermənistanın qonşuları ilə əməkdaşlıqdan başqa yolu yoxdur. Əgər, yenidən hansısa təxribata cəhd edilərsə, bunun qarşısı Azərbaycan tərəfindən çox qətiyyətlə alınacaq. Ona görə də Ermənistan çalışmalıdırı ki, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə versin.
Şuşa Azərbaycan torpağıdır və hər zaman da belə olacaq. Heç zaman erməni faşizminin baş qaldırmasına imkan verilməyəcək. Bu gün Azərbaycan və Türkiyə bu prosesdə öz sözünü deyib. Digər bir məsələ isə Zəngəzur dəhlizi ilə bağlıdır ki, tərəflər bu məsələni də xüsusi vurğuladılar. Bu dəhliz uğurla icra olunacaq və Azərbaycan öz məqsədinə nail olana kimi bu prosesdə öz prinsipiallığını göstərəcək.”
Çıxış edən Şura üzvü Əlamdar Quliyev və partiya fəalları Yasəmən Şükürova,Təbəssüm Xəlilova bildirdilərki,belə bir sənədə məhz Şuşada imza atılması İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda dünyaya bir çox mesajları çatdırır: Sənədin imzalanmasında məkan təbii ki, əhəmiyyətli rol oynayır. Bu, böyük tarixdir. Hər bir sənəd özündə ehtiva etdiyi məqamlarla, hədəflərlə əhəmiyyətlidir. Beynəlxalq sənəddə vaxt və imza ilə yanaşı, yerin nə qədər böyük məna kəsb etdiyi aydındır. Bu baxımdan Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərinə işıq salan və perspektivləri müəyyənləşdirilən sənədə Şuşada imza atılması qürurvericidir, rəmzi məna və mühüm tarixi əhəmiyyət kəsb edir. 15 iyun 2021-ci il, Şuşa şəhəri imzası özündə bütün məqamları birləşdirir. Azərbaycan üçün çox önəmli bir tarixdə – Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi tarixə mühüm hadisə kimi yazıldı: Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.