Bu marşrutlarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

Bu marşrutlarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

Sabahdan 208 və 209 nömrəli marşrut xətti (Bakıxanov d/st. – Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə “İNFONEWS”-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

“Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS-terminallar quraşdırılıb”, – məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir